2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57.4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Xüsusi.tv xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Bildirilib ki, hesabat dövründə kənd təsərrüfatı məhsullarının fiziki həcm indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.6 faiz artıb.
Bu müddətdə heyvandarlıq məhsullarının istehsalı 2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3.1 faiz çoxalıb.
İstehsal olunan kənd təsərrüfatı məhsulunun 50 faizi bitkiçilik, 50 faizi isə heyvandarlıq məhsullarının payına düşüb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının fiziki həcmində artım 2.8 faiz təşkil edib. Avqust ayının sonuna bu göstərici 2.6 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3.2-dən 3.1 faizə, heyvandarlıqda isə 2.4-dən 2 faizə düşüb.


