Energetika naziri: “Strateji sazişin imzalanması isə bu əməkdaşlığı yeni mərhələyə daşıyacaq”

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi isə ölkələrimizi Avropanın enerji sistemi ilə quru marşrutu üzrə birləşdirən daha bir strateji regional bağlantı olacaq”.

Xüsusi.tv Oxu.Az-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib.

O bildirib ki, artıq layihənin texniki-iqtisadi əsaslandırılması və birgə müəssisənin yaradılması üzrə konkret addımlar atılır:

“Strateji tərəfdaşlığa dair hökumətlərarası sazişin imzalanması isə bu əməkdaşlığı yeni mərhələyə daşıyacaq.

Həmçinin 2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi layihəsində qardaş Türkiyənin də yer alması enerji müttəfiqliyimizin məntiqinə uyğundur”.