“Yeni lokomotivlər yükdaşımaların daha səmərəli təşkilinə imkan verir“ – Bəxtiyar Hacıyev 

“Təqdim olunan lokomotivlər Azərbaycan dəmir yolları tarixində Çindən alınmış ilk hərəkət tərkibləridir”. 

Xüsusi.tv xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, yeni lokomotivlər müasir idarəetmə, təhlükəsizlik, sistemləri ilə təchiz olunub:

“Məhz bu müasir texnologiya sayəsində də daha ağırtonnajlı yüklərin daşınmasına şərait yaranır. Bu da ümumilikdə yükdaşımaların daha səmərəli təşkilinə imkan verir”, – deyə B.Hacıyev vurğulayıb.