Novxanıda kanalda antisanitar mənzərə

Abşeron rayonunun Novxanı qəsəbəsində elektrik xətlərinin yerləşdiyi stansiyanın yaxınlığından keçən kanalda yaranan kütləvi zibillik sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-ın vətəndaş şikayəti daxil olub.

Novxanıda kanalda antisanitar mənzərə - Foto

Şikayətçinin sözlərinə görə, son günlər kanalın həmin hissəsində suyun üzərində çoxlu sayda məişət tullantısı toplanıb. Nəticədə ərazidə antisanitar vəziyyət yaranıb. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) elektron ünvanına müraciət etsə də, indiyədək hər hansı tədbir görülməyib.

Şikayətlə bağlı aidiyyəti üzrə sorğu verilib.