Sumqayıt şəhərində bıçaqlanan məktəbli oğlanın vəziyyəti açıqlanıb.
Bu barədə Xüsusi.tv-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-si saat 20:30-da 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına hospitalizasiya olunub:
“Bazu sümüyünün və döş qəfəsinin arxa divarının açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.


