Sürücülərin nəzərinə: Mərkəzi yol 3 gün bağlı olacaq

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Xüsusi.tv-nin əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-u saat 23:00-dan oktyabrın 11-i saat 07:00-dək, oktyabrın 11-də saat 23:00-dan oktyabrın 12-si saat 07:00-dək təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq