Bakıda 31 yaşlı kişinin bıçaq xəsarətləri almasının səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında paytaxtın Xəzər rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rövşən Vidadi oğlu Ələkbərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalarla onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və əsəbiləşərək özünə qarın nahiyəsindən xəsarət yetirdiyi məlum olub.



