Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş – Təfərrüat

Bakıda 31 yaşlı kişinin bıçaq xəsarətləri almasının səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında paytaxtın Xəzər rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rövşən Vidadi oğlu Ələkbərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Araşdırmalarla onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və əsəbiləşərək özünə qarın nahiyəsindən xəsarət yetirdiyi məlum olub.