Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatının qadınlardan ibarət aktual təhsil şəbəkəsinə qarşı keçirilən əməliyyat nəticəsində saxlanılan 29 şübhəlidən 11-i həbs edilib.
Xüsusi.tv Anadolu Agentliyinə istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosunun koordinasiyası ilə aparılan araşdırma çərçivəsində saxlanılan şəxslərin polis idarəsindəki dindirilmələri başa çatıb.
Məhkəməyə çıxarılan şübhəlilərdən 11-i barəsində həbs qətimkan tədbiri seçilib. Digər 18 nəfərdən 14-ü məhkəmə nəzarəti şərti ilə, 4-ü isə digər şərtlər əsasında sərbəst buraxılıb.
İzmir Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları FETÖ-nün “aktual qadın təhsil strukturu”nda fəaliyyət göstərməkdə şübhəli bilinən 32 nəfərin saxlanılması məqsədilə əməliyyata başlayıblar.
Noyabrın 13-də İzmir başda olmaqla, Manisa, Qaziantep, Şanlıurfa, Kocaeli, Afyonkarahisar, Bursa, Dənizli, İsparta, Konya, Ankara, Yozqat, Antalya və Aydın şəhərlərində eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 29 nəfər saxlanılıb.
Digər 3 şübhəlinin isə ölkə xaricində olduğu müəyyən edilib.




