“Allyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə birlikdə saxlanılan şəxslərin sayı 6-ya çatıb.
Xüsusi.tv xəbər verir ki,saxlanılan şəxslərdən biri aptek müdiri Xalid Mustafayevdir.
O, Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur.
İlkin məlumata əsasən, Xalid Mustafayevin narkotik tərkibli dərman vasitələrini reseptsiz satdığı iddia edilir.
Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xalid Mustafayev 2019-cu ildə də eyni əməl üzrə həbs edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.




