İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, İspaniya millisi 2026/27 mövsümünün UEFA Millətlər Liqasının 1/4 finalında Fransa yığması ilə qarşılaşacaq.
Xüsusi.tv xəbər verir ki, digər 1/4 final oyunlarında Norveç – İngiltərə, Niderland – Portuqaliya və Belçika – Almaniya matçları baş tutacaq.
İlk qarşılaşmalar 25-27 martda, cavab oyunları isə 28-30 mart tarixlərində keçiriləcək.
Yarımfinalda Niderland – Portuqaliya cütünün qalibi İspaniya – Fransa duelinin güclüsü ilə, Belçika – Almaniya matçının qalibi isə Norveç – İngiltərə qarşılaşmasından üstün ayrılan komanda ilə üz-üzə gələcək. Yarımfinallar 9-10 iyunda, üçüncü yer uğrunda oyun və final isə 13 iyunda baş tutacaq.
Bundan əlavə, 2026/2027 mövsümü üzrə UEFA Millətlər Liqasının pley-off (keçid) oyunlarının da püşkü atılıb və bu cütlüklər müəyyənləşib.
B Liqasında oynamaq hüququ uğrunda keçid oyunlarında qarşılaşacaqlar:
Kipr – Şimali Makedoniya;
Estoniya – Rumıniya;
Farer adaları – Gürcüstan;
Belarus – İsrail.
A Liqasında iştirak etmək hüququ uğrunda pley-off matçlarında üz-üzə gələcəklər:
Bosniya və Herseqovina – Danimarka;
Macarıstan – Serbiya;
İrlandiya – Xorvatiya;
Sloveniya – Uels.
İlk pley-off oyunları 25-27 martda, cavab qarşılaşmaları isə 28-30 mart tarixlərində təşkil olunacaq.




