Bakıda sürücü 3-cü mərtəbədən yıxılıb ölüb.
Xüsusi.tv-nin məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
Ərazidə aparılan söküntü ilə əlaqədar tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin sürücüsü, Xocalı rayon sakini 1996-cı il təvəllüdlü Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.



