Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri: Təfərrüat 

Tanınmış aparıcı, qəza nəticəsində həlak olan Ada Süleymanovanın ad gününü harada qeyd etdiyi məlum olub.

Xüsusi.tv əldə etdiyi məlumata görə, aparıcı paytaxtın Səbail rayonu ərazisindəki restoranlardan birində 31 yaşını qeyd edirmiş. Noyabrın 22-si saat 19:00-da başlanan ad günü məclisi 1-ə qədər davam edib. Ad günündən sonra Ada Süleymanova qonaqlarını yola salıb, restoranın pulunu ödəyib. O, daha sonra tanışı Anar Kərimovla birlikdə avtomobillə şəhər istiqamətində hərəkət ediblər. Yolda sürücü Anar Kərimov idarəetməni itirərək DAF markalı yük avtomobilinə çırpılıb. Hər iki şəxs hadisə yerində ölüblər.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb və idarəetməni itirib.