Paşinyan silahlı qüvvələrdə kadr dəyişikliyinə başladı: Rəsmi şəxs vəzifədən azad edildi

Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələrdə kadr dəyişikliyinə başlayıb.

Xüsusi.tv Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən ənənəvi brifinqdə bildirib.

O, dəyişikliklə bağlı Ermənistan prezidentinə ərizə təqdim edib.

Vəzifəli şəxslərin işdən azad olunması və kadr təyinatlarının özlüyündə bir məqsəd olmadığını vurğulayan Paşinyan əmin edib ki, bu qərarlar konkret vəziyyətlərin təhlili əsasında verilir.

“Heç vaxt olmayıb və heç vaxt da elə bir hal olmayacaq ki, mən kimisə bir, iki və ya hətta üç səbəbdən işdən çıxarım. Bu cür kadr dəyişiklikləri barədə qərar qəbul etməyim üçün ən azı dörd səbəb olmalıdır”, – deyə Paşinyan qeyd edib.

Mətbuatın yazdığına görə, baş nazirin təklifi əsasında Karen Qriqoryan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsindən azad olunub.

Paşinyan silahlı qüvvələrdə kadr dəyişikliyinə başladı: Rəsmi şəxs vəzifədən azad edildi - Foto

“Baş nazirin təklifinə, konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də “Hərbi xidmət və hərbçinin statusu haqqında” Qanunun 40-cı maddəsinin 3-cü hissəsinə əsasən, Karen Qriqoryan silahlı qüvvələrin baş qərargah rəisinin müavini vəzifəsindən azad edilir”, – deyə Ermənistan prezidentinin imzaladığı fərmanda bildirilib.