Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan tanınmış vəkil Orxan Kəngərlinin barəsindəki həbs qətimkan tədbiri qərarından verilən şikayətə baxılıb.
Xüsusi.tv-nin məlumatına görə, vəkilin müraciətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq yekun qərar çıxarılıb, O.Kəngərlinin şikayəti təmin olunmayıb. Vəkil həbsdə saxlanılıb.
Xatırladaq ki, Orxan Kəngərli noyabr 19-da saxlanılıb, istintaq orqanının təqdimatı əsasında barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.





