“Tabeliyimizdəki heç bir zavodda partlayış olmayıb” – Rəsmi – YENİ

5 Baxışlar
1 Min oxuyun

“İyunun 26-da bəzi internet xəbər saytlarında Bakı şəhərində axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayışın baş verməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil”.

“Xüsusi.Tv” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Sənayesi Nazirliyi yayıb. 

“Bildiririk ki, MSN-in tabeliyində olan heç bir zavodda partlayış baş verməyib. Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Mətbuat xidməti ilə dəqiqləşdirmədən MSN ilə bağlı əsası olmayan belə məlumatların yayımlanmasında diqqətli olsunlar”, – deyə məlumatda qeyd olunub.

Bu məqaləni paylaşın