Liderlər Ağdamda Qarabağ atlarının “Zəfər” şousunu izlədi

Azərbaycanda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçıları Ağdam şəhərindəki İmarət Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

“Xüsusi.tv” xəbər verir ki, atlılar musiqi sədaları altında əllərində quruma üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq dövrə vurub və qonaqları salamlayıblar.

Daha sonra rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.

Qeyd edək ki, iyulun 4-də Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir