Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.“Xüsusi.Tv” “Sözcü”yə istinadən xəbər verir ki, qanunda ediləcək dəyişikliyə əsasən, Türkiyə Prezidenti bu generalların xidmətdə olma müddətini artıra biləcək.Prezidentə veriləcək yeni səlahiyyətlə o, ordunun general və admirallarının xidmətdə olma vaxtını hər dəfə 1 il müddətə olmaqla 72 yaşa kimi artıra biləcək.Bu müddəanın qüvvəyə mindiyi tarixdən general-mayor, kontr-admiral, briqada generalı rütbələrinə malik şəxslərin general-leytenant və ya vitse-admiral rütbəsinə yüksəldilməsi üçün müvafiq komanda-qərargah hazırlığı kurslarından keçməsi də tələb olunmayacaq. Belə ki, hərbi akademiyaları müvəffəqiyyətlə bitirən şəxsi heyət üzvləri komanda-qərargah hazırlığını başa vurmuş hesab ediləcək.
Ərdoğana generallarla bağlı yeni səlahiyyət verilir

Bu məqaləni paylaşın
Əlaqədə qal
Reklam