Naftalanda Özbəkistan vətəndaşının müəmmalı ölümü – Tibbi turizmin etibarı sual altındadır

Naftalan şəhərində yerləşən və tibbi turizm sahəsində fəaliyyət göstərən “Sun City Hotel Spa Naftalan” sanatoriyasında faciəvi hadisə baş verib.

İyulun 13-də burada müalicə alan 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Z.Kafarovun meyiti aşkarlanıb.Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal əraziyə cəlb olunub. İlkin versiyalara əsasən, şəxsin ürəktutmasından vəfat etdiyi bildirilir.

Xüsusi.Tv xəbər verir ki, lakin bəzi iddialara görə, onun ölümü tromb nəticəsində baş verib. Bu hal bir sıra vacib sualları gündəmə gətirir.Azərbaycanın yeganə tibbi turizm zonası sayılan Naftalan şəhərinin imicinə ciddi zərbə vuran bu fakt, ümumilikdə tibbi xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dair narahatlıqları artırır. Qeyd edək ki, Azərbaycan hökuməti uzun illərdir Naftalanın inkişafı üçün milyonlarla vəsait ayırıb. Sanatoriyaların modernləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi dövlətin əsas turizm strategiyalarından biridir.

Təəssüf doğuran məqam odur ki, bəzi sanatoriyalar peşəkarlıqdan uzaq xidmət göstərir və xəstələrin ilkin tibbi müayinəsini lazımi səviyyədə aparmır. Halbuki, Naftalan sanatoriyalarında müalicə yalnız həkim göstərişi ilə və ciddi tibbi nəzarət altında həyata keçirilməlidir. Lakin kommersiya maraqları bəzən bu zəruri qaydaların pozulmasına səbəb olur.İddialara görə, “Sun City Hotel Spa Naftalan” sanatoriyasına Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən də çoxlu sayda vətəndaş göndərilir. Bu da həmin müəssisənin fəaliyyətinə dövlət səviyyəsində dəstək verildiyini göstərsə də, baş verən ölüm faktı sanatoriyanın peşəkarlığını və məsuliyyət səviyyəsini ciddi şəkildə şübhə altına alır.Hadisə bir daha göstərdi ki, tibbi turizmin inkişafı təkcə infrastrukturla deyil, həm də insan həyatına verilən dəyərlə ölçülməlidir.

“Sun City Hotel Spa Naftalan”da baş verən bu faciə ümumilikdə sistemin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir