Lənkaranda İşıq Zülmü: 110 Voltla Soyuducu İşləmir, Səlahiyyətlilər Hara Baxır?!

Saytımızın qaynar xəttinə daxil olan çoxsaylı şikayətlərə əsasən, artıq bir həftədir ki, evlərə verilən elektrik enerjisinin gərginliyi 220 volt əvəzinə 110 volt səviyyəsindədir.Bu hal bir çox vətəndaşı çıxılmaz vəziyyətə salıb.

Kondisioner, soyuducu, televizor və digər elektrik cihazları bu səbəbdən ya işləməkdən dayanır, ya da sıradan çıxma təhlükəsi ilə üz-üzə qalır. Məsələ burasındadır ki, bu cür azaldılmış gərginlik həm cihazlar üçün təhlükəlidir, həm də insanların gündəlik rahatlığını əlindən alır.

Vətəndaşlar, o cümlədən Xüsusi.Tv-nin əməkdaşları və ailə üzvləri bu vəziyyətdən ciddi şəkildə narazıdır. Hamının ortaq sualı budur: “Lənkaran üzrə “Azərişıq” ASC-nin məsul şəxsləri hara baxır?”Enerji haqqı vaxtında ödənilsə də, qarşılığında göstərilən xidmət bu vəziyyətdə qəbuledilməzdir.

Əgər bu məsələ ilə bağlı təcili tədbir görülməzsə, Xüsusi.Tv-nin çəkiliş qrupları, sayt və media əməkdaşları ilə birlikdə Lənkarana ezam olunacaq və problemin ictimailəşdirilməsi üçün geniş reportaj hazırlanacaq.Bu nə şantaj, nə də təhdiddir – sadəcə bir jurnalist xəbərdarlığıdır! Çünki biz xalqın səsinə çevrilmiş bir medianın təmsilçiləriyik və xalqın haqlı narazılığını dilə gətirmək borcumuzdur.

Azərişıq rəsmilərinə səslənirik: Bəsdirin insanların səbrini yoxladınız! Onsuz da sosial-iqtisadi çətinlik içində yaşayan sadə insanlara bir də işıq problemi yaratmayın. Onların evində bir soyuducu işləmirsə, uşaq kondisionersiz istidən əziyyət çəkirsə, bunun məsuliyyətini kim daşıyacaq?

Ədalətli olun! Haqqı yeyilən xalqın səsi susmayacaq!

🖊️ Asim AbdullayevXüsusi.Tv-nin Baş Redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir