Aysu Qəhrəmanova Taylandda rəqibini nokaut edərək Patong Liqasının qalibi oldu

Xüsusi.Tv xəbər verir ki, Taylandın Puket şəhərində baş tutan Patong Liqası Peşəkar Döyüş Turnirində 45 kq çəki dərəcəsində çıxış edən 2006-cı il təvəllüdlü Azərbaycanlı idmançı Aysu Qəhrəmanova möhtəşəm qələbə qazanıb.

Gərgin və həyəcanlı keçən qarşılaşmada Aysu rəqibini nokautla məğlub edərək turnirin qalibi olub. Bu qələbə ilə o, Azərbaycan bayrağını Tayland səmasında qürurla dalğalandırıb.

Gənc idmançının çıxışı həm turnir izləyiciləri, həm də sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir