“ChatGBT”nin uşaqlara narkotik və intihar tövsiyələri də verdiyi ortaya çıxdı

Londonda faəliyyət göstərən Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin araşdırması süni intellektlə bağlı narahatedici faktlar ortaya çıxarıb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, tədqiqatçılar özlərini 13 yaşlı uşaq kimi təqdim edərək “ChatGPT”-dən narkotik istifadəsi, spirtli içkilərlə qarışdırma, yemək pozğunluqlarını təşviq edən pəhrizlər və hətta intihar məktubları kimi təhlükəli məsləhətlər alıblar.

Məlumata görə, “ChatGPT” əvvəlcə zərərli sorğuları rədd etsə də, “təqdimat üçündür” və ya “bir dost üçündür” kimi sadə bəhanələrlə bu məhdudiyyətləri keçmək mümkün olub.

Testlər zamanı hətta 13 yaşlı uşaq üçün narkotiklərlə qarışdırılmış spirtli içki ilə “parti planı” hazırlanıb.

OpenAI isə bildirib ki, bu cür həssas vəziyyətlərin qarşısını almaq üçün aşkarlama sistemlərini gücləndirmək üzərində işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir