“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı polis əməkdaşları dərhal əraziyə cəlb olunub.
Xüsusi.tv-nin məlumatına görə, asayiş keşikçiləri hadisə yerində təhlükəsizlik tədbirlərini gücləndirərək vətəndaşların əraziyə daxil olmasının qarşısını alıblar.
Məqsəd insanların xəsarət almaması və alovla mübarizə aparan yanğınsöndürənlərin işinə maneə yaranmaması olub.
Polis əməkdaşları həmçinin hadisə yerində nəqliyyatın hərəkətini tənzimləyib, izdihamın qarşısını alıblar.
Hazırda ərazidə vəziyyət nəzarət altındadır. Fövqəladə Hallar Nazirliyinin qüvvələri alovun tam söndürülməsi üçün tədbirlər görür.







