Xüsusi.tv xəbər verir ki, avqustun 24-ü səhər saat 11:00 radələrində “Sədərək” ticarət mərkəzində başlayan şiddətli yanğın hələ də tam söndürülməyib.
Artıq 16 saatdan çoxdur davam edən alov səbəbindən hadisə yerinə çoxsaylı yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Xüsusi.tv-nin baş redaktoru Asim Abdullayev və əməkdaşları hazırda hadisə yerindədir və bildirirlər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gecə saat 03:30-a qədər fasiləsiz şəkildə yanğını nəzarət altına almağa çalışır.
Yanğının yayılmasının qarşısının alınması üçün intensiv işlər aparılır. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, polis əməkdaşları da ərazidədir.Hazırda hadisə ilə bağlı dəqiq səbəblər açıqlanmayıb.
Xüsusi.tv hadisəni izləməkdə davam edir və əlavə məlumatları oxucularımıza çatdıracaq.







