Bakının üç rayonunda söküntü olacaq

Bakıda daha 3 rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

“Xüsusi.Tv” Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Sabunçu, Suraxanı və Səbail rayonlarında aparılacaq.

Səbail rayonunda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi keçirir. Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.

Həmçinin, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə də Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir