UEFA Çempionlar Liqası: “Fənərbağça” turnirlə vidalaşdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.

Xüsusi.Tv xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma baş tutub.

“Benfika” doğma azarkeşləri önündə “Fənərbağça”nı minimal hesabla məğlub edərək İstanbul klubunu mübarizədən kənarlaşdırıb – 1:0 (1:0).

“Brügge” ilk dəqiqələrdən azlıqda qalan “Reyncers”in qapısından 6 cavabsız top keçirib – 6:0 (9:1).

“Kopenhagen” isə “Bazel”dən üstün olmaqla adını Çempionlar Liqasının əsas mərhələsinə yazdırıb – 2:0 (3:1).

Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcək digər komandalar aşağıdakılardır:

“Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Çelsi”, “Tottenhem”, “Nyukasl” (hamısı İngiltərə), “Napoli”, “İnter”, “Atalanta”, “Yuventus” (hamısı İtaliya), “Barselona”, “Real Madrid”, “Atletiko Madrid”, “Atletik Bilbao”, “Villarreal” (hamısı İspaniya), “Bavariya”, “Bayer”, Ayntraxt”, “Borussiya” (hamısı Almaniya), PSJ, “Marsel”, “Monako” (hamısı Fransa), PSV, “Ayaks” (Niderland), “Sportinq” (Portuqaliya), “Yunion” (Belçika), “Qalatasaray” (Türkiyə), “Slaviya” (Çexiya), “Olimpiakos” (Yunanıstan), “Kayrat” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Budyo-Qlimt” (Norveç), “Pafos” (Kipr).

27 avqust, 09:00

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Xüsusi.Tv xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutacaq.

“Qarabağ” klubu “Ferentsvaroş”u saat 20:45-də, “Benfika” klubu “Fənərbağça”nı, “Brügge” klubu “Reyncers”i, “Kopenhagen” isə “Bazel”i Bakı vaxtı ilə saat 23:00-da qəbul edəcək.

Dünən ilk oyun günündə isə üç görüş keçirilib. Qeydə alınmış nəticələri təqdim edirik:

“Kayrat” – “Seltik” – 0:0 (penaltilərdə – 3:2) (ilk oyun – 0:0);

“Pafos” – “Srvena Zvezda” – 1:1 (2:1);

“Şturm Qraz” – “Budyo Qlimt” – 2:1 (0:5).

Xatırladaq ki, qitənin ən güclü 29 klubu birbaşa Liqa mərhələsində çıxış etmək hüququ əldə edib.

27 avqust

UEFA Çempionlar Liqası

Pley-off

Saat 20:45, “Qarabağ” – “Ferentsvaroş” (ilk oyun – 3:1);

Saat 23:00, “Benfika” – “Fənərbağça” (ilk oyun – 0:0);

Saat 23:00, “Brügge” – “Reyncers” (ilk oyun – 3:1);

Saat 23:00, “Kopenhagen” – “Bazel” (ilk oyun – 1:1).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir