Xırdalanda “AAAF Park” fırıldağı – minlərlə manat ödəniş, sıfır nəticə!

Xırdalan qəsəbəsində yerləşən “AAAF Park” yaşayış kompleksi sakinləri illərdir aldıqları mənzillərin çıxarışını (kupça) ala bilmədiklərindən şikayətçidirlər.
Sakin Zümra Şakir bildirib ki, mənzillər təhvil verilərkən kupça, mühafizə xidməti və abadlıqla bağlı vədlər verilsə də, heç biri yerinə yetirilməyib:
“10 ildən çoxdur mənzil təhvil verilib, amma kupçamızı ala bilmirik. Hər ay 20 manat ödəniş yığılır, amma məhəllədə heç bir iş görülmür”.
Ekspertlərə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sənədləşmə prosesini tamamlaya bilməməsi və ya layihədən kənar tikinti aparmasıdır.
“Azərbaycan Reallığı” olaraq qarşı tərəfin – “AAAF Park” rəhbərliyinin mövqeyini işıqlandırmağa hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir