TƏBİB partlayışdakı yararıların vəziyyətini açıqladı

Qazaxda evdə baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.

Bu barədə Xüsusi.tv-nin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 07:30-da 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir”.