Səhərlər yuxudan oyanmaq bir çox insan üçün çətin olur. Yorğunluq və halsızlıq yuxudan oyanıb iş mühitinə düşməyimizdə müəyyən çətinliklər yaradır. Halbuki sadə üsullarla günə daha enerjili başlamaq mümkündür.
Xüsusi.Tv oxucularına səhər yuxusunu qovmağın 5 effektiv yolunu təqdim edir:
Soyuq su ilə üz yumaq

Soyuq su dərhal sinir sistemini oyadır, qan dövranını sürətləndirir və bədəni enerjiyə hazırlayır. Əl-üzü bir-iki dəfə soyuq su vurmaq yuxunun qaçmasına təsir edəcək.
Yüngül idman hərəkətləri

5-10 dəqiqəlik dartınma və ya sürətli addımlama həm yuxunu qaçırır, həm də gün ərzində əhvalı yaxşılaşdırır. Bu birbaşa bədəndə oyanışın olmasına səbəb olur. Sağlamlıq baxımdanda günə idman hərəkətləri ilə başlamaq da faydalıdır.
İsti içki ilə başlamaq

Çay, qəhvə və ya bal-limonlu ilıq su beynin aktivləşməsinə və diqqətin artmasına kömək edir.
Pəncərəni açmaq və təmiz hava almaq

Səhər oksigenlə zəngin təmiz hava dərin nəfəs almanı təmin edir, orqanizmi oyaq hala gətirir. Gün ərzində yatdığımız zaman ötürdüyümüz bağlı otaqdakı karbanou yenidən alırıq. Buna görə də mütləq hava açıldıqda təmiz havaya çıxmalı, orqanizmi oksigenlə doldurmalıyıq.
Səsli musiqi dinləmək

Pozitiv və ritmik musiqi beynin oyanmasına kömək edir. Günə şən musiqi dinləyərək başlamaq motivasiyanı da artırır. Musiqinin melodiyasının da insana təsir çox böyükdür.
Bu üsulları gündəlik vərdiş halına gətirsəniz, yuxunu tez aradan qaldırmaqla yanaşı, günə daha enerjili və produktiv başlaya bilərsiniz.




