Qeyri-qanuni mərc oyunları reklamı ilə bağlı ittihamlar əsasında həbs edilən sosial media fenomeni Kerimcan Durmazın həbsxanada ağır günlər keçirdiyi iddia olunur.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Kerimcanın yaxın dostu Samet Liçina onun Silivri həbsxanasında çox üşüdüyünü bildirərək göz yaşlarına boğulub.
Həmin görüntü qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, 31 yaşlı Kerimcan Durmaz ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirmişdi. O, tədbirdə yalnız səhnə almaq məqsədilə iştirak etdiyini demişdi. Kerimcan tədbirdə qeyri-qanuni mərc reklamının aparılacağından xəbərsiz olduğunu qeyd etmişdi.
Musavat.com




