Goranboyda təcili yardım avtomobili 73 yaşlı qadını vuraraq öldürdü

Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Təcili tibbi yardım avtomobilinin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qəzada ölən şəxsin Yevlax rayonunun Aran qəsəbə sakini 1952-ci il təvəllüdlü Ş.Bağırova olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir