Respublika Klinik Xəstəxanasının mətbuat xidmətindən açıqlama verildi.

Xüsusi.Tv-nin yayimladığı məlumatdan sonra respublika Klinik Xəstəxanasının mətbuat xidmətindən açıqlama verildi. Verilən məlumata görə Respublika Klinik Xəstəxanasında aparılan təmir və bərpa işləri ilə əlaqədar Hemodializ-2 müvəqqəti olaraq digər binaya köçürülüb. Bu proses çərçivəsində şöbənin əşyaları da müvəqqəti olaraq yeni binaya daşınıb.

Hemodializ şöbəsində stasionar yatış olmadığı üçün orada mətbəx nəzərdə tutulmayıb.
Hazırda şöbədə yerləşdirilmiş stol və elektrik çaydan müvəqqəti olaraq saxlanılır və mətbəx üçün nəzərdə tutulmuş otağa keçirilməsi məqsədilə müvəqqəti yerləşdirilib.

Qeyd edirik ki, həmin otaq hələ sanitar qovşaq üçün istifadəyə verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir