Azərbaycanda siqaret niyə bahalaşdı? – Ekspert səbəbi açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaretlərin qiyməti qalxıb. Bir çox siqaretlərin blok qiyməti artıb. Blok qiymətinin yüksəlməsinin siqaretlərin pərakəndə satış qiymətində də 30-40 qəpik arası artıma səbəb olacağı gözlənilir.

İqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, sözügedən artım aksiz vergisi ilə bağlıdır:

“Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiymətlərinin bahalaşmasının əsas səbəbi yanvar ayının 1-dən vergi məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsidir. Belə ki, yeni vergi məcəlləsinə əsasən ölkəyə idxal edilən hazır istehsal olunmuş hər min ədəd siqaret üçün nəzərdə tutulan aksiz vergisi 16 manatdan 25 manat 50 qəpiyə qədər artırılıb. Nəticədə idxal xərclərinin və maya dəyərinin yüksəlməsi siqaretlərin qiymətlərinin bahalaşmasına səbəb olub”.

Qeyd edək ki, bu barədə məlumatı Azxeber.com yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir