Bəhlulun qoldan sonra ağladığı an… – Video Yanvar 22, 2026Yanvar 22, 2026 👀 175Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi “Ayntraxt Frankfurt” üzərində 3:2 hesablı tarixi qələbə qazanıb.“Xüsusi.Tv” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın qəhrəmanı Bəhlul Mustafazadə olub.Matçın gedişində rəqibin xeyrinə penaltiyə səbəb olan müdafiəçi oyunun son dəqiqəsində vurduğu qələbə qolu ilə komandasına 3 xal qazandırıb. Qoldan sonra duyğusal anlar yaşayan Bəhlul gözyaşlarına hakim ola bilməyib.Qeyd edək ki, bu qələbə ilə “Qarabağ” xallarının sayını 10-a yüksəldərək turnir cədvəlindəki mövqeyini daha da möhkəmləndirib.
Azərbaycanda ev qiymətinə mobil nömrə SATILIR👀 183 Azərbaycanda 120 min manata mobil nömrə satılır. Xüsusi.Tv xəbər verir ki, bu barədə “Instagram” platformasındakı mobil nömrə…
Sabiq deputatın oğlu FHN-dən icazə aldı: Restoran açılır👀 92 Fövqəladə Hallar Nazirliyi (FHN) Qasımov Taleh Əsabil oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, giriş…
Azərbaycanda məktblərlə bağlı şad xəbər – Oktyabrın 1-dən…👀 121 Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. Xüsusi.Tv xəbər verir ki, bunu “Report”a elm və təhsil naziri Emin…