Adnan Əhmədzadənin həbsdə ilk doğum günü

Beş ay əvvəl həbs xəbəri ilə ölkə gündəmini dəyişən məşhur iş adamı Adnan Əhmədzadə üçün xüsusi gündür.

Xüsusi.Tv xəbər verir ki, bu gün dustaq iş adamı 48 yaşını tamamlayır.

Ənənəvi dəbdəbəli ad günlərinin əksinə olaraq, Əhmədzadə yeni yaşını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səssiz təcridxanasında qarşılayır. Alışdığı təmtəraqdan fərqli olaraq bu dəfə stolunun üstündə çoxmərtəbəli tortlar və şampanlar yox, yalnız çox vərəqli istintaq materialları var.

Bir vaxtlar Messi, Ronaldinyo, İnyesta, Suares kimi dünya ulduzlarının təbrik etdiyi bir insanın bu gün dörd divar arasında özü-özünü təbrik etməsi həyatın ən böyük sürprizidir. O günlərdən qalan isə yalnız xatirələr və bir də yəqin ki, Messinin bağışladığı saatdır.

Adnan Əhmədzadənin gələcək ad günlərini harada keçirəcəyi məlum deyil, amma ittiham olunduğu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulduğu dəqiqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir