Nazirlik dövlət teatrlarındakı bədii rəhbərlərin yeni strukturda fəaliyyətinə aydınlıq gətirib

Mədəniyyət Nazirliyi hazırda dövlət teatrlarının bədii rəhbər vəzifələrində çalışan şəxslərin yeni struktur çərçivəsində fəaliyyətlərinə aydınlıq gətirib.

Nazirlikdən Xüsusi.tv – ya  bildirilib ki, onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.

Qeyd edək ki, Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə    uyğunlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir