Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Bakı vaxrı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşün nəticələri barədə fikirlərini öyrənmək üçün Xüsusi.Tv xəbər verir ki, Patrul.az təcrübəli mütəxəssis Ağasəlim Mircavadova müraciət edib.
O son zamanlarda “Qarabağ”-ın xalqımıza böyük sevinclər yaşatdığını vurğulayıb:
“Ümumilikdə Ağdam klubu Azərbaycan futbolunda xeyli işlər gördü.
“Pley-off mərhələsində də “Qarabağ” öz oyun strategiyasını nümayiş etdirəcək”.
Dünən baş tutan Monako-PSG matçını misal gətirən mütəxəssis bildirib ki, bu tip oyunlarda sona qədər mübarizə aparmaq lazımdır:
“Bu nəticə bir oyundan asılı olmayacaq. Əgər bir oyun olsaydı, başqa tempdə performans göstərmək olardı. Ancaq iki oyun xüsusi gərginlik ortaya çıxarır. Oyunlar arasında 1 həftə fasilənin olması da əsas məqamlardandır.
Artıq “Qarabağ” Avropada tanınır. Bunun üçün bir kluba uzun illər lazımdır ki, Avropada bacarığını nümayiş etdirərək tanınsın. “Qarabağ” bunu bacarıb”.

A.Mircavadov “Nyukasl”-ın “Aston Villa” ilə olan son oyununu xatırladıb:
“”Nyukasl” bu matçda çox yaxşı oyun nümayiş etdirdi. Rəqib komandamızın hazırda keçmiş heyətin oyununu nümayiş etdirməyə başlayıb. Doğrudur, “Köhlən atlar”a ümidim böyükdür. İnanıram ki, təmsilçimiz yenə gözəl bir oyun sərgiləyəcək. Amma hesab edirəm ki, əsas nəticə İngiltərədə məlum olacaq.
Hər bir halda doğma “Qarabağ”ımıza uğurlar arzulayıram”.




