Aqşin Fatehin restoranı bağlandı

Tanınmış meyxanaçı Aqşin Fatehin restoranı “By Fateh” bağlanıb.

Xüsusi.Tv AZXEBER.COM-a istinadən xəbər verir ki, meyxanaçı restoranın bağlandığını təsdiq edib. O tezliklə yeni məkan açacağını da qeyd edib.

Xatırladaq ki, sözügedən məkanda qısa zaman öncə müştərilərə saxta içki verildiyi məlum olmuşdu.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan məhsulların dövriyyəsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilmişdi.

Qeyd edək ki, hal hazırda “Tempo baku” adı ilə fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir