Bu ərazilərdə su olmayacaq – Maşınlarla xidmət göstəriləcək

Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq. 

Xüsusi.Tv xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. 

Qeyd edilib ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək. 

Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir