Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı

Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Xüsusi.tv-nin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, 2005-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 10-u saat 21:00-da Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Sol diz oynağının əzilməsi, sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.