Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi “Instagram” hesabında Şamaxıda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş körpələr evi-uşaq bağçalarının açılışından paylaşım edib.
Xüsusi.tv xəbər verir ki, paylaşımda deyilir:
“Oktyabrın 26-da Şamaxı şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş körpələr evi-uşaq bağçalarının açılışı keçirilib. 160 uşaq üçün nəzərdə tutulan müəssisələrdə müasir şərait yaradılıb, ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb”.



