Anemiya, yorğunluq və yaddaş pozuntusu: səbəb bu ola bilər

1 Görünüş
2 Min oxuyun

Folik asit B9 vitamininin sintetik formasıdır və xüsusilə hüceyrə bölünməsi, qan hüceyrələrinin yaradılması, sinir sistemi inkişafı üçün vacib rol oynayır. Bu vitaminin təbii forması isə “folat” adlanır və əsasən yaşıl yarpaqlı tərəvəzlərdə tapılır.

“Xüsusi.tv” bildirir ki, gündəlik ehtiyac 400 mikroqramdır, amma hamiləlik, əmizdirmə, qan azlığı və bəzi xəstəliklər zamanı bu ehtiyac artır. Folik asidin çatışmazlığı anemiya, yuxusuzluq, yorğunluq, yaddaş pozuntusu və hətta bəzi psixoloji problemlərə səbəb ola bilər.

Xüsusilə hamiləlik dövründə beyin və onurğa inkişafı üçün vacib olduğundan, hamiləlikdən əvvəl və ilk 12 həftəsində mütləq istifadə edilməlidir. Əks halda, “spina bifida” kimi sinir sistemi qüsurları yarana bilər.

Folik asit hüceyrələrin yenilənməsi, DNT və RNT sintezi, qan hüceyrələrinin formalaşması, enerji istehsalı və bəzi xərçəng risklərinin azaldılmasında mühüm rol oynayır. Folik asit qanda homosistein səviyyəsini azaldaraq ürək xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

Folik asidin təbii mənbələri bunlardır: Mərci, ispanaq, brokoli, portağal, yumurta, avokado, fındıq, dana qaraciyəri, yumurta və qırmızı çuğundur kimi qidalar. Bu məhsulların buxarda bişirilməsi vitamin itkisini azaldır.

Təhlükəli yan təsirləri nadirdir, ancaq süni şəkildə yüksək dozada qəbul edildikdə allergik reaksiyalar və B12 çatışmazlığını gizlətmə riski ola bilər.

Qeyd: Uşağa sahib olmağı planlayan şəxslərin folik asit səviyyələrini nəzarətdə saxlaması və lazım gəldikdə həkimlə məsləhətləşərək əlavələr qəbul etməsi vacibdir.

Bu məqaləni paylaşın