Azərbaycanda yaşayış minimumu artırılır – Kimə nə qədər?

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb.

Xüsusi.tv xəbər verir ki, bununla bağlı məlumat “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn il yaşayış minimumu 314 manat (2026-cı ildə 300 manat), əmək qabiliyyətli əhali üçün 334 manat (317 manat), pensiyaçılar üçün 258 manat (245 manat), uşaqlar üçün 274 manat (260 manat) müəyyənləşəcək.

Ehtiyac meyarının həddi də 314 manat proqnozlaşdırılır.

Layihə yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq