Bakıda 32 yaşlı kişi bıçaqlandı: Qohumu saxlanıldı

Bakıda 32 yaşlı kişini qohumu bıçaqlayıb.

Xüsusi.tv-nin məlumatına görə, hadisə noyabrın 14-də gecə saatlarında baş verib. Nizami rayonu ərazisində şəxsi münasibətlər zəminində Q.Əzizov qohumu Q.Quluzadəyə kəsici-deşici alətlə xəsarət yetirib.

Polisin keçirdiyi tədbirlərlə Q.Əzizov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.