Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi

Bakıda məhbusa vintaçanla xəsarət yetirilib.

Xüsusi.tv-nin məlumatına görə, hadisə paytaxt ərazisindəki cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Cəzaçəkmə müəssisəsində cəza çəkən 2001-ci il təvəllüdlü Sənan Ağabala oğlu Həsənov qarın boşluğunun küt alətlə deşilməsi diaqnozu ilə xəstəxanaya aparılıb. Araşdırmalarla ona cəzaçəkmə müəssisəsində vintaçanla xəsarət yetirilməsi faktı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəsarət yetirmək