Bakıda keçmişə səyahət: Klassik avtomobillərdən ibarət toy karvanı – VİDEO

Bakıda klassik avtomobillərin iştirakı ilə təşkil olunan toy karvanı diqqət çəkib.

Bu barədə Oxu.Az-a videogörüntü daxil olub.

Qeyd edilib ki, toy karvanında VAZ-2101, VAZ-2103, VAZ-2106, VAZ-2107 və QAZ-21 kimi klassik avtomobillər yer alıb.

Karvanın ən maraqlı məqamlarından biri isə bəylə gəlinin “Zaporojets” ZAZ-968 markalı avtomobildə hərəkət etməsi olub.

Həmin görüntünü təqdim edirik: