“Ceyhun Sabunçu”nun qətlində təqsirləndirilən şəxslər həbs edildilər

Bakıda restoranda qətllə nəticələnən kütləvi davada təqsirləndirilən daha iki nəfər – Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Xüsusi.tv əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində dörd aylıq həbs qətimkan tədbiri tətbiq edilib.

Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilirlər.