Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə COP31 konfransının bağlanış iclasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum ilə BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı katibi Simon Stiell arasında diqqətçəkən dialoq yaşanıb.
Hadisə konfransın ümumi iclasında müzakirələrin davam etdiyi vaxt baş verib. İclasa sədrlik edən Murat Kurum çıxışı zamanı Simon Stiell onun yanına yaxınlaşaraq müzakirəyə müdaxilə etmək istəyib. Kurum isə ona müraciət edərək: “Simon, yerinə keç. Sözü mən verəcəyəm”, – deyib.
Bu anlar tədbirin iştirakçıları arasında diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.




