“Çörəkçi” çörəyindən böcək çıxdı – İstehlakçıdan ciddi şikayət- FOTOLAR

10 Baxışlar
1 Min oxuyun

Redaksiyamıza göndərilən görüntülərdə “Çörəkçi” brendinə məxsus qablaşdırılmış “Baton Ekstra” çörəyinin içindən böcək çıxdığı iddia edilir.

İzləyici bildirib ki, bu hal birinci dəfə deyil və artıq dəfələrlə eyni problemə rast gəlib. İstehlakçı qeyd edir ki, uzun müddətdir həmin zavodun məhsullarını alır, lakin bu dəfə səbrini itirərək məsələni aidiyyəti qurumlara çatdırmağa qərar verib.

Müraciətdə bildirilir:“Axşamınız xeyir, əziz ‘Çörəkçi’ ailəsi. Artıq dəfələrlə bu hal ilə qarşılaşmışam, amma bu dəfə susmayacağam. Çörəyin içindən açıq-aşkar böcək çıxıb. Bu artıq insanların sağlamlığını təhlükə altına atmaq deməkdir. Biz pulu qazanıb çörək alırıq, amma bu vəziyyətlə qarşılaşmaq heç də xoş deyil.

”İzləyici, şirkətə sosial şəbəkə üzərindən dəfələrlə müraciət etdiyini, lakin problemin təkrarlanmaqda davam etdiyini bildirib və məsələ ilə bağlı rəsmi qurumlara – xüsusilə Qida Təhlükəsizliyi Agentliyinə şikayət edəcəyini vurğulayıb.Qeyd edək ki, bu kimi hallar Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununa ziddir və məhsulun geri çağırılmasına, həmçinin məsul şəxslərin inzibati cərimələnməsinə səbəb ola bilər.Patrulaz.az olaraq məsələni izləyəcəyik və qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Mənbə: Patrulaz.az

Bu məqaləni paylaşın