Sentyabrda görüşə bilərlər

ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpin sentyabrın əvvəlində Çində görüş keçirə bilərlər.

Xüsusi.Tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən yazıb.“Vaşinqton və Çin arasında bir sıra ticarət sövdələşmələri prezident Trampın Pekinə qarşı düşmənçiliyini dəyişib və onun sentyabrda keçiriləcək sammitdə Si Cinpin və Putinlə görüşə dəvət ediləcəyi ilə bağlı fərziyyələri artırıb”, – nəşr yazır.

Qeyd olunur ki, sözügedən sammit sentyabrın 3-də Tiananmen meydanında paradla qeyd olunacaq İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə təsadüf edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir